Şəhriyar Məmmədyarov FİDE reytinqində irəlilədi
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) yeni reytinq siyahısını açıqlanıb.
BrendSport.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, cədvəldə ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2806) ikinci, Dinq Liren (Çin, 2799) üçüncüdür.
"10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb. Onlardan Şəhriyar Məmmədyarov iki pillə irəliləyib. Təmsilçimiz 2782 xalla 6-cı sırada qərarlaşıb. Teymur Rəcəbov isə 2 763 xalla 10-cu yerdəki mövqeyini qoruyub.
Digər təmsilçilərimiz Qədir Hüseynov (2665) 2 pillə irəliləyərək 72-ci ola bilib. 11 pillə geriləyən Nicat Abbasov (2656) isə 84-cü yerlə kifayətlənib. Rauf Məmmədov 3 addım irəliləyib və 87-ci sıradadır.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2460) 4 pillə irəliləyərək 25-ci, 5 pillə irəliləyən Gülnür Məmmədova 2385 xalla 77-ci olub. Xanım Balacayeva (2376) isə 91-cı sıradakı mövqeyini qoruyub.
Facebook-da paylaş