Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



FHN-in İdman Sağlamlıq Mərkəzində beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşlarla görüş keçirilib



Avqustun 28-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib.

FHN-dən BrendSport.az -a bildiriblər ki, İdman Sağlamlıq Mərkəzinin rəisi, polkovnik Füzuli Musayev idmançıları – DYMX-nin Nizami rayon N saylı bölməsinin yanğınsöndürəni kiçik çavuş Əşrəf Bayramovu və Binəqədi rayon hissəsinin yanğınsöndürəni çavuş Toğrul Mikayılovu qazandıqları nailiyyətlər münasibətilə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Əşrəf Bayramov 2017-ci il oktyabrın 26-da İtalyanın Karrara şəhərində keçirilmiş MMA döyüş növləri üzrə dünya çempionatında gümüş medal qazanıb. Bundan əlavə, idmançımız bu il iyulun 20-də Batumidə keçirilmiş MMA üzrə peşəkar döyüşdə 56 kiloqram çəki dərəcəsində çıxış edib. O, erməni idmançıya qalib gələrək çempion olub. DYMX Binəqədi rayon hissəsinin yanğınsöndürəni, Aprel döyüşlərinin iştirakçısı olmuş çavuş Toğrul Mikayılov avqustun 23-25-də Rumıniyada keçirilən kunq-fu sanda üzrə dünya çempionatında 60 kiloqram çəki dərəcəsində mübarizə apararaq qızıl medalın sahibi olub.


Facebook-da paylaş

Xəbəri paylaş