Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



FHN əməkdaşları güclərini sınadı

FHN əməkdaşları güclərini sınadı

FHN-nin İdman-Sağlamlıq Klubu və Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutan 2 günlük yarışda 13 komandanın 81 idmançısı gücünü sınayıb.

FHN əməkdaşları Dövlət Yanğından Mühafizə Xidmətinin 18-ci hissəsinin idman kompleksində təşkil olunan çempionatda 8 çəki dərəcəsində mübarizə aparıblar. Ümumi komanda hesabında Xüsusi Riskli Xilasetmə Xidmətinin yığması birinci yeri tutub. İkinci pillədə Dövlət Yanğından Mühafizə Xidmətinin komandası qərarlaşdığı halda, ilk “üçlüy”ü FHN-nin akademiyası qapayıb.

Şəxsi yarışların nəticəsinə əsasən isə mükafatçılar belədi:

57 kq

1. Həsən Carçıyev (DYMX)
2. Tural Nəbiyev (DYMX)
3. Kənan Hüseynov (DYMX)
3. Asim Cəfərov (MMQ)

61 kq

1. Orxan İsgəndərov (DYMX)
2. Suat Kazımlı (FHN Akademiya)
3. Yusif Soltanlı (DYMX)
3. Nicat Nurməmmədli (SEDA)

65 kq

1. Cəlal Süleymanov (XRXX)
2. Vüqar Babayev (KGNSSN)
3. Həsən Seyidov (DYMX)
3. Kənan Aslanlı (FHN Akademiya)

70 kq

1. Tural Umayev (XRXX)
2. Sərxan Qocayev (MMQ)
3. İsmayıl Həsənli (DYMX)
3. Elxan Nəbiyev (DYMX)

75 kq

1. Elmir Qəmbərov (XRXX)
2. Fariz Məmmədov (DYMX)
3. Özcan Kərimov (FHN Akademiya)
3. Fariz Məmmədov (XRXX)

86 kq

1. Sübhan İsmayılov (XRXX)
2. Məhərrəm Məcidov (DYMX)
3. Səddam Bədəlov (KGNSSK)
3. Ceyhun Cəlili (DYMX)

97 kq

1. Elmar Qasımov (DYMX)
2. Emil Hüseynli (BXİM)
3. Əlisgəndər Paşayev (DYMX)
3. Fədai Səmədov (QRM)

125 kq

1. Səbuhi Hümbətov (XRXX)
2. Ruhi İsgəndərov (DYMX)
3. Əfqan Mirzəliyev (DYMX)
3. Elvin Cabbarlı (MMQ)

Çempionatın mükafatlandırma mərasimində çıxış edən FHN-nin İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev bildirib ki, yarış gərgin mübarizə şəraitində keçib. Onun sözlərinə görə, oyunların maraqlı alınmasında FHN əməkdaşlarının bir sıra yarışlara qatılması da rol oynayıb: “Bu yarışla ilə yekun vurduq. Çalışacağıq ki, çempionatda qızıl medal qazanan əməkdaşlarımız yeni ildə güləş üzrə Azərbaycan çempionatına da qatılsın. Azərbaycan Güləş Federasiyası ilə sıx əməkdaşlıq edirik. Ötən il analoji yarışda 1 qızıl və 1 bürünc medala da yiyələnmişdik”.

FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov mükafatçıları təbrik edərək, onlara uğurlar arzulayıb.

İlk 3 yerin sahiblərinə medal və kubokla yanaşı, qiymətli hədiyyələr də verilib.

Qeyd edək ki, Elman İsmayılovun baş hakimi olduğu yarışa “Qəbələ”nin kikboksçusu Pərviz Abdullayev də qonaq qismində qatılıb.

Apasport


Facebook-da paylaş

Xəbəri paylaş