Dövlət Təhlükəsizliyi Xidməti və Velosiped Klubu veloyürüş təşkil edir
Hörmətli mətbuat nümayəndələri!
9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti Velosiped Klubu tərəfindən noyabrın 5-də "Bayrağımız qürur mənbəyimizdir" devizi altında veloyürüş təşkil ediləcək. Yürüş səhər saat 10:00-da Dövlət Təhlükəsizliyi Xidmətinin binası qarşısından start götürməklə Heydər Əliyev adına Respublika Sarayının qarşısında başa çatacaq.
Yürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev də iştirak edəcək.
DTX Velosiped Klubu - "Bayrağımz qürur mənbəyimizdir"
Start: 5 noyabr, saat 10:00
Dövlət Təhlükəsizliyi Xidməti binasının qarşısı
Facebook-da paylaş