Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



V “Raquf Orucov kuboku” beynəlxalq turniri keçiriləcək



Aprelin 30-da Bakı İdman Sarayında cüdo üzrə V “Raquf Orucov kuboku” klublararası beynəlxalq turnir keçiriləcək.

BrendSport.az
xəbər verir ki, Turnir 2016-cı ilin Aprel döyüşlərinin şəhidi, əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun timsalında torpaqlarımızın işğaldan azad olunması, dövlətimizin suverenliyinin təmin olunması uğrunda canlarını qurban verən bütün şəhidlərimizin xatirəsinə həsr edilir.

Azərbaycan Cüdo Veteranları Assosiasiyasının təşəbbüsü, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunan ənənəvi turnirdə ölkəmizlə yanaşı, Türkiyənin, Rusiyanın, Türkmənistanın, Macarıstanın və Gürcüstanın klub komandaları iştirak edəcəklər.

Xatırladaq ki, dostluq, əməkdaşlıq və vətənpərvərlik ruhu aşılayan turnirin əsası 2017-ci ildə qoyulub. İdman ictimaiyyətinin böyük maraq göstərdiyi turnir 2018, 2019-cu illərdə də keçirilib. Koronavirus pandemiyası ilə əlaqədar yaranmış fasilədən sonra, ötən ilin noyabrında –dövlət suverenliyimizin tam bərpa olunduğu bir dövrdə isə turnir yenidən bərpa olunub.


Facebook-da paylaş

Xəbəri paylaş