ISSF rəsmisi: Azərbaycanın nüfuzlu turnirlərə ev sahibliyi etmək üçün kifayət qədər təcrübəsi var
"İlk dəfədir Bakı kimi gözəl şəhərdə oluram. Burada olmaq mənim üçün çox xoşdur".
BrendSport.az xəbər verir ki, bu sözləri Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (ISSF) Tüfəng Komitəsinin sədri David Qudfellou Bakıda keçiriləcək Dünya Kuboku öncəsi təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanın belə idman tədbirlərinə ev sahibliyi etmək üçün kifayət qədər təcrübəsi var: "Burada hər şey qaydasındadır. Ölkəniz bu yarışa artıq 8-ci dəfə ev sahibliyi edir. Yarışın qaydaları isə dəyişilməyib. Olimpiada ili olması baxımından hansısa dəyişikliklər də nəzərdə tutulmayıb. Sabitliyi qorumağa çalışırıq. Lakin "Paris-2024"dən sonra müəyyən dəyişikliklərin olacağı gözlənilir".
Qeyd edək ki, Dünya Kuboku mayın 1-dən 12-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək.
Facebook-da paylaş