Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Paris Olimpiadasında tətbiq ediləcək yeni qaydalar Bakıda qüvvəyə minəcək

Paris Olimpiadasında tətbiq ediləcək yeni qaydalar Bakıda qüvvəyə minəcək

Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) “Paris-2024” Yay Olimpiya Oyunlarında reallaşdırılacaq yenilikləri ilk olaraq Bakıda keçiriləcək dünya kuboku yarışlarında tətbiq edəcək.

BrendSport.az
Azərbaycan Atıcılıq Federasiyasına istinadla xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin rəsmi təsdiqindən sonra “Tokio-2020”də tətbiq edilmiş qaydalarla yanaşı, yeni qaydalar da bir sənəddə toplanaraq ISSF saytında yerləşdirilib.

“Atletlərin, məşqçilərin və rəsmi şəxslərin mayın 8-dən Bakıda qüvvəyə minəcək qaydalarla tanış olmaları üçün kitabça dərc edirik”, - deyə ISSF-in bəyanatında qeyd olunub.

Qeyd edək ki, Bakıda keçiriləcək atıcılıq üzrə dünya kuboku yarışlarında iştirak üçün 61 ölkədən 605 idmançı müraciət edib. Yarış mayın 8-dən 15-dək Bakı Atıcılıq Mərkəzində olacaq. Atletlər güllə atıcılığı üzrə 10 növdə mübarizə aparacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş