Bakıda atıcılıq üzrə reytinq xarakterli dünya kuboku yarışı keçiriləcək
Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının yeni mövsüm üçün təqvimi açıqlanıb.
BrendSport.az xəbər verir ki, bu barədə beynəlxalq federasiyanın rəsmi saytında məlumat verilib. Bu il keçirilməsi nəzərdə tutulan reytinq yarışlarından birinin - güllə və stend atıcılığı üzrə dünya kuboku yarışının Bakıda keçirilməsi planlaşdırılır. Turnir mayın 29-dan iyunun 6-dək davam edəcək.
Qeyd edək ki, pandemiya səbəbindən turnir ötən il keçirilməyib.
Facebook-da paylaş