Əsas Səhifə > Maraq > Paris Olimpiadasında tətbiq ediləcək yeni qaydalar Bakıda qüvvəyə minəcək
Paris Olimpiadasında tətbiq ediləcək yeni qaydalar Bakıda qüvvəyə minəcək12-04-2023, 11:22 |
Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) “Paris-2024” Yay Olimpiya Oyunlarında reallaşdırılacaq yenilikləri ilk olaraq Bakıda keçiriləcək dünya kuboku yarışlarında tətbiq edəcək. BrendSport.az Azərbaycan Atıcılıq Federasiyasına istinadla xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin rəsmi təsdiqindən sonra “Tokio-2020”də tətbiq edilmiş qaydalarla yanaşı, yeni qaydalar da bir sənəddə toplanaraq ISSF saytında yerləşdirilib. “Atletlərin, məşqçilərin və rəsmi şəxslərin mayın 8-dən Bakıda qüvvəyə minəcək qaydalarla tanış olmaları üçün kitabça dərc edirik”, - deyə ISSF-in bəyanatında qeyd olunub. Qeyd edək ki, Bakıda keçiriləcək atıcılıq üzrə dünya kuboku yarışlarında iştirak üçün 61 ölkədən 605 idmançı müraciət edib. Yarış mayın 8-dən 15-dək Bakı Atıcılıq Mərkəzində olacaq. Atletlər güllə atıcılığı üzrə 10 növdə mübarizə aparacaqlar. Geri qayıt |