Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Sərhədçi”nin baş məşqçisi: Çempion olmaq istəyirik və buna köklənmişik



“Məşqlərdə etdiyimiz hər şeyi meydanda göstərməyə çalışacağıq”.

BrendSport.az
xəbər verir ki, bu sözləri “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində “Xəzri”yə qarşı keçirəcəkləri ilk matç barədə danışarkən deyib.

Mütəxəssis bildirib ki, hər iki komanda mərhələni keçməyi arzulayır: “Matça hazırlaşırıq. İki güclü komanda üz-üzə gələcək. Hər iki tərəfin də yaxşı mövsüm keçirdiyini düşünürəm. Rəqibin heyətində zədəli oyunçular olduğu üçün bəzi dəyişikliklərə gedə bilər. Həm hücum planında, həm də müdafiədə buna hazır olmalıyıq. Çempion olmaq istəyirik və buna köklənmişik. Bütün oyunçuların motivasiyası yüksəkdir. Ümid edirəm ki, yaxşı oyunla qələbə qazanacağıq”.

Qeyd edək ki, bu gün "Sərhədçi" İdman Mərkəzində keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək.


Facebook-da paylaş

Xəbəri paylaş