FHN-də bir neçə çempion əməkdaşlarla görüş keçirilib
30 avqust 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib.
Nazirlikdən BrendSport.az saytına verilən xəbərə görə, görüşdə Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev həmin idmançıları - XRXX-nin N saylı hərbi hissəsinin xilasdicisi gizir Gözəl Zutovanı, DYMX-nin Nəsimi rayon N saylı bölməsinin yanğınsöndürəni çavuş Orxan Mehdiyevi və TTNDA-nin sürücüsü Şahmar Nəzərovu əldə etdikləri nəaliyyətlərə görə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, Gözəl Zutova 15-17 mart tarixləri arasında Azərbaycanda keçirilmiş MMA üzrə Avropa çempionatının çempionu, 05 iyun 2019-cu il tarixdə Azərbaycanda keçirilmiş Qızıl kəmər uğrunda Beynəlxalq turnirin qızıl medal sahibi, Sərbəst güləş üzrə dünya kubokunun sahibi, MMA üzrə Avropa və Dünya çempionu, bir sıra beynəlxalq yarışların qalibi Gözəl Zutova 18 avqust 2019-cu il tarixində Gürcüstanda keçirilən MMA üzrə Beynəlxalq turnirdə 75 kq çəki dərəcəsində çempion olmuşdur. İdmançımız oktyabr ayında Koreyada keçiriləcək Sambo üzrə Dünya çempionatına hazırlaşır.
22-25 avqust 2019-cu il tarixində Ruminyanın Konstanta şəhərində keçirilən Kung Fu Sanda üzrə Dünya çempionatında iştirak edən 2016-cı il Macarıstanda keçirilən Kempo idman növü üzrə Dünya Kubokunun, 2017-ci il tarixində Portuqaliyada keçirilən Döyüş Növlərinin Dünya Çempioantında Kung Fu Sanda idman növü üzrə gümüş medalın sahibi olan Orxan Mehdiyev65 kq çəki dərəcəsində çempion olmuş, 2017-ci il tarixində Portuqaliyada keçirilən Döyüş Növlərinin Dünya Çempioantında Kung Fu Sanda idman növü üzrə çempion olan Şahmar Nəzərov isə bürünc medal qazanmışdır. İdmançılarımız noyabr ayında İtaliyada keçiriləcək MMA üzrə Dünya çempionatına hazırlaşırlar.
Facebook-da paylaş