Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa çempionatı: Azərbaycanın amputant millisinin oyunlarının təqvimi açıqlanıb



Amputant futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının təqvimi açıqlanıb.

BrendSport.az
xəbər verir ki, C qrupunda yer alan yığma ilk matçında İrlandiya seçməsi ilə üz-üzə gələcək. İyunun 2-də oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Milli komanda bir gün sonra Türkiyə kollektivini sınağa çəkəcək. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Azərbaycan yığması qrupdakı son oyununu isə iyunun 4-də İsrail komandasına qarşı keçirəcək. Matçın başlama saatı Bakı vaxtı ilə saat 13:00-dır.

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-dən 8-dək Fransada keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş