Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunlarının təqvimi müəyyənləşib



Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

BrendSport.az
xəbər verir ki, hazırda baş məşqçisiz olan milli komanda 2024/2025 mövsümünə sentyabrın 5-də İsveçə qarşı keçirəcəyi ev oyunu ilə start verəcək.

Yığma həmin matçdan üç gün sonra səfərdə Slovakiyanın qonağı olacaq.

Oktyabrın 11-də səfərdə Estoniya ilə qarşılaşacaq Azərbaycan seçməsi üç gün sonra Slovakiya kollektivini qəbul edəcək.

Noyabrın 16-da Bakıda Estoniyanı sınağa çəkəcək milli komanda qrupdakı son matçını həmin ayın 19-da səfərdə İsveçə qarşı keçirəcək.


Facebook-da paylaş

Xəbəri paylaş