Əsas Səhifə > Milli komandalar > Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunlarının təqvimi müəyyənləşib

Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunlarının təqvimi müəyyənləşib


9-02-2024, 14:00


Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

BrendSport.az
xəbər verir ki, hazırda baş məşqçisiz olan milli komanda 2024/2025 mövsümünə sentyabrın 5-də İsveçə qarşı keçirəcəyi ev oyunu ilə start verəcək.

Yığma həmin matçdan üç gün sonra səfərdə Slovakiyanın qonağı olacaq.

Oktyabrın 11-də səfərdə Estoniya ilə qarşılaşacaq Azərbaycan seçməsi üç gün sonra Slovakiya kollektivini qəbul edəcək.

Noyabrın 16-da Bakıda Estoniyanı sınağa çəkəcək milli komanda qrupdakı son matçını həmin ayın 19-da səfərdə İsveçə qarşı keçirəcək.
Geri qayıt