Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Jurnalistlərin turnirdən sonra Su İdman Sarayına media turu keçirilib



Yarışdan sonra turnir iştirakçıları və digər media nümayəndələri üçün Su İdmanı Sarayı kompleksi üzrə tanışlıq turu təşkil olunub.

BrendSport.az
saytı xəbər verir ki, tur zamanı Sarayın direktoru Elçin Həsənov və Üzgüçülük üzrə milli yığma komandanın baş məşqçisi Rəşad Əbürrəhmanov media nümayəndələrinə kompleksində şəraiti və fəaliyyəti barədə məlumat verib, onların suallarını cavablandırıblar.

Su İdmanı Sarayının direktoru Elçin Həsənov jurnalistlərə açıqlamasında aşağıdakıları qeyd edib:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı inşa edilərək, 2015-ci ildə I Avropa Oyunları ərəfəsində istifadəyə verilən Su İdmanı Sarayı nəinki yığma komandanın, hətta bütün Azərbaycan üzgüçülük və digər idman növləri həvəskarların üzünə açıqdır.
Su İdmanı Sarayı Avropada ilk üçüyə, dünyada isə ilk onluğa daxil olmuş yeni, müasir və dünya standartlarına cavab verən unikal idman komplekslərindən biridir. Burada xidmətinizdə müasir interyer, xoş abu-hava, effektiv işiqlandırma, havalandırma və isitmə sistemləri, rahat soyunma geyinmə otaqları mövcuddur. Habelə suyun və havanın optimal tempraturda saxlanılması, suyun tərkibi təmizliyinin yüksək səviyyədə saxlanılması təşkil edilmişdir.
Qonaqların isitifadəsi üçün 5 hovuz, Technogym şirkətininin müasir idman avadanlıqları ilə təhciz edilmiş idman zalı, çimərlik idman oyunları üçün meydançalar, mini futbol meydançası, SPA mərkəzi, gözəllik salonu, restoran, kartinq mərkəzi fəliyyət gostəririr. Ümumilikdə, kompleksdə uşaq idman növlərinin inkişafı üçün yüksək səviyyəli şərait yaradılıb.
Xüsusi normativləri yerinə yetirərək uğurlu nəticələri ilə fərqlənən idmançılarımızı həvəsləndirmək məqsədilə Su İdmanı Sarayı tərəfindən üzgüçülüklə məşğul olan uşaqlar üçün 3 ayda bir dəfə yarışlar keçirilir və öz nəticələrinin yaxşılaşdıran 5 idmançı təqaüd alaraq ödənişsiz məşqlərə cəlb olunur. Yetirməsi yüksək nəticə göstərən məşqçinin maaşı da Su İdmanı Sarayı tərəfindən ödənilir və bu addım ölkəmizdə üzgüçülük idmanına bir töhfədir”.

Milli yığma komandanın baş məşqçisi Rəşad Əbdürəhmanov isə bildirib ki:
“Üzgüçüluk Azərbaycanda ənənəvi idman növü sayılmasa da məşğul olanların sayı son illərdə artmağa başlayıb. Hazırda Azərbaycan yığma komandasının tərkibi təmamilə yenilənib və yeniyetmə və gənclərdən təşkil olunub. Komandamız 15-dən cox idman ustası yetişdirib. Son 6 ildə Su İdman sarayının dəstəyi bunun üçün böyük təkan oldu. Tokio parailmpiya oyunlarında idmançımız Vəli İsrafilov 100 metr bras üslubunda qızıl medal qazandı. Bu nailiyyətdə bizim kompleksin məşqçisinin böyük rolu olub. Su İdman Sarayı kiçik yaşlı idmançılarımızın da gələcəkdə yığma komandanın tərkibinə daxil olması üçün seleksiya işi aparılır. Bu seleksiyalar nəticəsində biz artıq idman qrupu yaratmışıq. Onu tərkibində 100-dək uşaq cəlb olunaraq müxtəlif daxili və xarici yarışlarda müxtəlif əyarlı medallar qazanıblar.
Bədii üzgüçülük üzrə də bizim komandamız var. Elə hal-hazırda Rusiyanın Moskva şəhərində Rusiya çempionatında iştirak edirlər və artıq medal da qazanıblar. Bu bizim üçün böyük fərəhdir ki, Azərbaycanlı qızlarımız bu yarışda bizi təmsil edərək belə gözəl nəticə əldə ediblər.”







Facebook-da paylaş

Xəbəri paylaş