Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanda oynamış məşhur futbolçu xeyriyyə matçında iştirak edəcək


Azərbaycanda oynamış məşhur futbolçu Maykl Essyen xeyriyyə matçında iştirak edəcək.

BrendSport.az
xəbər verir ki, “Səbail”in sabiq yarımmüdafiəçisi İngiltərə klubu “Çelsi” ilə Almaniya təmsilçisi “Bavariya”nın ulduzları arasında təşkil olunacaq xeyriyyə oyununda meydana çıxacaq.

O, sentyabrın 9-da “Stemford Bric”də baş tutacaq qarşılaşmada əfsanəsi olduğu “Çelsi”nin formasını geyinəcək. Matçın bilet satışından əldə olunacaq gəlir hər iki klubun fondlarına bağışlanacaq. Gəlirlərin bir hissəsi isə yanvarın 6-da vəfat edən “Çelsi”nin keçmiş futbolçusu Canluka Viallinin adı verilən xərçəng müalicəsi mərkəzinə köçürüləcək.

Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından iyununa qədər “Səbail”in heyətində çıxış edib. O, 2005-2014-cü illərdə “Çelsi”nin şərəfini qoruyub.


Facebook-da paylaş

Xəbəri paylaş