Ən böyük arzusu olimpiya çempionu olmaqdır
Nərgiz Kazımova 2007-ci il avqust ayının 2-də Göyçay rayonunda dünyaya gəlib. 5 yaşından taekvondoyla məşğul olmağa başlayıb. Hazırda Göyçay rayon 7 nömrəli orta məktəbin V sinfində oxuyur. Sinif müəllimi Fidan Əsgərovadır.
Şəxsi məşqçisi atası, Azərbaycan Taekvondo Federasiyasının tanınmış məşqçilərindən olan Kazım Kazımovdur. Nərgizin ilk nəticəsi Şamaxı şəhərində keçirilən taekvondo birinciliyində olmuşdur. Belə ki, burada Nərgiz 3 yerə layiq görülmüşdür.
Qəbələdə təşkil olunmuş beynəlxalq yarışda isə çempion olub. Tovuz rayonunun açıq birinciliyində də eyni nəticəni göstərərək I yerə layiq görülüb. Nərgiz qısa müddətdə medal kolleksiyasına 10 qızıl, 2 gümüş və 4 bürünc medalı toplaya bilib.
Taekvondo üzrə qırmızı-qara kəmər sahibidir. Nərgizin ən böyük arzusu olimpiya çempionu olmaqdır. Rəsm çəkməyi də sevən Nərgizin gələcəkdə rəsim qalereyası açmaq fikri də var.
Alxas
Facebook-da paylaş