Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



MOK və P&G şirkəti arasında qarşılıqlı əməkdaşlıqla bağlı görüş keçirilib.




Milli Olimpiya Komitəsi və «Procter&Gamble» şirkəti arasında qarşılıqlı əməkdaşlıqla bağlı görüş keçirilib.

BrendSport.az
xəbər verir ki, imzalama mərasimindən öncəki görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katib Azər Əliyev, Marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva, P&G şirkətinin Qafqaz və Orta Asiya respublikaları üzrə baş direktoru İrakli Qabriadze, P&G-nin əməkdaşı Fəridə Babayeva iştirak ediblər.

Çingiz Hüseynzadə bildirib ki, bu əməkdaşlıq Olimpiya komandamızın Qanqvon 2024, Gənclərin Olimpiya Oyunları və Paris 2024 Olimpiya Oyunları kimi əhəmiyyətli və böyük miqyaslı yarışlarda iştirakı öncəsi Olimpiya sisteminin davamlı inkişafının göstəricisidir.

İrakli Qabriadze çıxışı zamanı qeyd edib ki, Paris-2024 Yay Olimpiya Oyunlarına Oyunlarına lisenziya qazanmış və müxtəlif idman növlərini təmsil edən idmançılara şirkət tərəfindən xüsusi təqaüd ayrılacaq.

Qeyd edək ki, 12 oktyabrda imzalama mərasimi keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş