Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) yeni tərəfdaşlıq memorandumları imzalayıb.



Iyunun 12-də Bakıda Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) yeni tərəfdaşlıq memorandumlar imzalanması məqsədilə təşkil olunan tədbirdə “Visa”, “Go Sport” və “Batıgöz” klinikası ilə tərəfdaşlığa start verilib. Müqavilələr 2023- 2024-cü iləri nəzərdə tutur.

BrendSport.az
xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev və müxtəlif federasiyaların rəsmiləri iştirak ediblər.
İmzalanma mərasimində çıxış edən Çingiz Hüseynzadə ötən il MOK-un 30 illiyinin qeyd olunduğunu xatırladaraq deyib ki, Milli Olimpiya Komitəsi Prezident İlham Əliyevin rəhbərliyi dövründə uğurlu yol qət edib. Komitə dünyada tanınan və nüfuz sahibi olan qurumdur. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın ötən həftə Bakıya səfər etməsi və bir sıra görüşlər keçirməsi buna sübutlardan biridir. “Tərəfdaşlar olmasaydı, bu qədər güclü ola bilməzdik. Onların sayını daim artırmaq istəyirik. Tərəfdaşlarımızın bir çoxu Beynəlxalq Olimpiya Komitəsi ilə də əməkdaşlıq edir. Bütün yarışlara birlikdə gedirik. Onlar da bizimlə birgə uğurlar qazanacaqlar”, - deyə Ç.Hüseynzadə vurğulayıb.
Tərəfdaş şirkətlərin nümayəndələri Blue Planet-in Azərbaycan üzrə direktoru Mehriban Axundova, Batıgöz klinikasının təsisçisi cənab Iqbal Heydərov, Visa şirkətinin Azərbaycan üzrə baş direktoru Nurlan Hacıyev çıxışlarında əməkdaşlığın onlar üçün əhəmiyyətli olduğunu bildiriblər.
Sonra III Avropa Oyunlarında mübarizə aparacaq Azərbaycan idmançılarından bəhs edən videoçarx təqdim olunub.
Sonda tərəfdaşlığa dair memorandumlar imzalanıb.


Facebook-da paylaş

Xəbəri paylaş