Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Milli Olimpiya Komitəsi üç şirkətlə tərəfdaşlıq memorandumu imzalayıb



Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) Visa, Go Sport və Batıgöz Klinikası ilə tərəfdaşlıq memorandumu imzalayıb.

BrendSport.az
xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev və müxtəlif federasiya rəsmiləri iştirak ediblər.

Müqavilələr 2024-cü ilin sonunadək nəzərdə tutulub.

Tədbir iştirakçılarını salamlayan Çingiz Hüseynzadə ötən il MOK-un 30 illiyinin qeyd olunduğunu xatırladıb: "MOK Prezident İlham Əliyevin rəhbərliyi dövründə uğurlu yol qət edib. Komitəmiz dünyada tanınan və hörmət qazanan qurumdur. Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Baxın ötən həftə Bakıya səfər etməsi və bir sıra görüşlər keçirməsi sübutlardan biridir. Tərəfdaşlar olmasaydı, bu qədər güclü ola bilməzdik. Bunların sayını daim artırmaq istəyirik. Tərəfdaşlarımızın bir çoxu IOC-la da əməkdaşlıq edir. Bütün yarışlara birlikdə gedirik. Onlar da bizimlə birgə uğurlar qazanacaqlar".

Daha sonra sözügedən şirkətlərin nümayəndələri əməkdaşlığın onlar üçün əhəmiyyətli olduğunu bildiriblər. Ardınca tərəfdaşlıq sözləşmələri imzalanıb.


Facebook-da paylaş

Xəbəri paylaş