Çingiz Hüseynzadə yenidən Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə növbəti müddətə Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib.
BrendSport.az MOK-un feysbuk səhifəsinə istinadla xəbər verir ki, federasiyanın İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyənləşib. Belə ki, Firat Hüseynov federasiyanın vitse-prezidenti, Məhərrəm Sultanzadə isə baş katibi vəzifəsinə seçiliblər.
Yeni seçilmiş heyət 2024-cü ilin sonunadək vəzifələrini icra edəcək.
Facebook-da paylaş