Əsas Səhifə > Redaktor seçimi > Çingiz Hüseynzadə yenidən Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib

Çingiz Hüseynzadə yenidən Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib


19-01-2022, 18:44


Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə növbəti müddətə Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib.

BrendSport.az
MOK-un feysbuk səhifəsinə istinadla xəbər verir ki, federasiyanın İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyənləşib. Belə ki, Firat Hüseynov federasiyanın vitse-prezidenti, Məhərrəm Sultanzadə isə baş katibi vəzifəsinə seçiliblər.

Yeni seçilmiş heyət 2024-cü ilin sonunadək vəzifələrini icra edəcək.
Geri qayıt