Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çingiz Hüseynzadə: MOK və AFFA arasında sıx əməkdaşlıq mövcuddur

Çingiz Hüseynzadə: MOK və AFFA arasında sıx əməkdaşlıq mövcuddur


Pandemiyadan ən çox zərər çəkən idman oldu. Çünki idmançı itirdiyi formanı bərpa etməlidir. Digər sahələrdə isə bu belə deyil.

BrendSport.az
saytı xəbər verir ki, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə AFFA-nın hesabat konfransında deyib.
AFFA-nın ötənilki fəaliyyətini yüksək qiymətləndirən Ç.Hüseynzadə bildirib: "Ötən il "Avro-2020"nin 4 matçının ölkəmizdə yüksək səviyyədə təşkili, "Qarabağ" klubunun avrokuboklarda irəliləməsi uğurun göstəricisidir. MOK və AFFA arasında sıx əməkdaşlıq mövcuddur. Belə ki, "Bakı-2017" dördüncü İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın futbol komandası birinci oldu. Bu ölkəmiz üçün vacib qələbə idi. Cari il Türkiyədə növbəti İslam Həmrəyliyi Oyunları keçiriləcək və yığmamıza uğurlar arzulayıram".


Facebook-da paylaş

Xəbəri paylaş