Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Rəcəbov Nepomnyaşi ilə ilk görüşlərini erkən bitirdi

Rəcəbov Nepomnyaşi ilə ilk görüşlərini erkən bitirdi

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da həlledici mərhələyə start verilib.

BrendSport.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 3-cü yer uğrunda görüşdə İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi ilə üz-üzə gəlir. İlk oyun günündə 4 partiyanın hamısı heç-heçə ilə yekunlaşıb - 2:2.

Cavab görüşləri mayın 31-də keçiriləcək. Finalda Karlsen ABŞ təmsilçisi Uesli So ilə qarşılaşır.

Çempionlar Turu, VI mərhələ The FTX Crypto Cup 30 may 3-cü yer uğrunda, ilk görüşlər Teymur Rəcəbov (Azərbaycan) - Yan Nepomnyaşi (Rusiya) - 2:2 (0,5:0,5; 0,5:0,5; 0,5:0,5; 0,5:0,5)

Qeyd edək ki, turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.


Facebook-da paylaş

Xəbəri paylaş