Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Rəcəbov yenidən Karlsenlə üz-üzə



Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da bu gün yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.

BrendSport.az xəbər verir ki, 1/4 finalda niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran təmsilçimiz Teymur Rəcəbov bu mərhələdə Karlsenlə yenidən üz-üzə gələcək. Rəcəbov ilk oyun günündə norveçli rəqibi ilə 2:2 hesablı heç-heçə edib.

Digər yarımfinal görüşündə isə Uesli So (ABŞ) Yan Nepomnyaşi (Rusiya) ilə qarşılaşacaq.


29 may

Yarımfinal, cavab görüşləri

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov (Azərbaycan)
İlk oyun - 2:2

Uesli So (ABŞ) - Yan Nepomnyaşi (Rusiya)
İlk oyun - 2,5:1,5


Facebook-da paylaş

Xəbəri paylaş