Əsas Səhifə > Ölkə idmanı > Rəcəbov Nepomnyaşi ilə ilk görüşlərini erkən bitirdi
Rəcəbov Nepomnyaşi ilə ilk görüşlərini erkən bitirdi30-05-2021, 21:01 |
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da həlledici mərhələyə start verilib. BrendSport.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 3-cü yer uğrunda görüşdə İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi ilə üz-üzə gəlir. İlk oyun günündə 4 partiyanın hamısı heç-heçə ilə yekunlaşıb - 2:2. Cavab görüşləri mayın 31-də keçiriləcək. Finalda Karlsen ABŞ təmsilçisi Uesli So ilə qarşılaşır. Çempionlar Turu, VI mərhələ The FTX Crypto Cup 30 may 3-cü yer uğrunda, ilk görüşlər Teymur Rəcəbov (Azərbaycan) - Yan Nepomnyaşi (Rusiya) - 2:2 (0,5:0,5; 0,5:0,5; 0,5:0,5; 0,5:0,5) Qeyd edək ki, turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur. Geri qayıt |