Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda beynəlxalq karate turnirinin açılış mərasimi keçirilib



Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə 10-12 aprel 2026-cı il tarixlərində Bakı şəhərində keçirilən “Grand Prix” beynəlxalq karate turnirinin rəsmi açılış mərasimi baş tutub.

BrendSport.az
xəbər verir ki, açılış mərasimi Bakı şəhərində yerləşən "Sərhədçi" İdman Mərkəzində yüksək təşkilatçılıq səviyyəsində keçirilib.

Tədbirdə 6 ölkəni təmsil edən ümumilikdə 700-ə yaxın idmançı iştirak edir ki, bu da turnirin beynəlxalq miqyasını və rəqabət səviyyəsini bir daha nümayiş etdirir.

Mərasim iştirakçı komandaların musiqi sədaları altında arenaya daxil olması ilə başlayıb. Daha sonra yarışın baş hakimi tərəfindən Azərbaycan Karate Federasiyasının prezidentinə raport təqdim olunub. Dövlət Himni səsləndirilib, ardınca Ulu Öndərin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Karate Federasiyasının prezidenti, 8-ci Dan qara kəmər ustası və millət vəkili Ülvi Quliyev turnirin əhəmiyyətindən bəhs edərək qeyd edib ki, belə beynəlxalq yarışlar ölkəmizdə idmanın inkişafına, idmançılar arasında təcrübə mübadiləsinə və Azərbaycanın idman nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verir.

Tədbirdə həmçinin Gənclər Yaponiyanın Azərbaycandakı səfiri çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. Çıxışlardan sonra qonaqlara Azərbaycan Karate Federasiyası tərəfindən hazırlanmış xatirə hədiyyələri təqdim olunub.

Açılış mərasiminin bədii hissəsində milli və müasir rəqs nömrələri, eləcə də Azərbaycan Karate Federasiyasının yeniyetmələrdən ibarət komandasının kata üzrə nümunəvi çıxışı nümayiş etdirilib.

Bədii hissənin ardından final qarşılaşmalarına start verilib və qaliblərin mükafatlandırılması mərhələli şəkildə həyata keçirilib. Təltifetmə mərasimlərində Azərbaycan Karate Federasiyasının rəhbərliyi, dövlət qurumlarının nümayəndələri və beynəlxalq qonaqlar iştirak ediblər. Qaliblərə medal, diplom və xatirə hədiyyələri təqdim olunub.

“Grand Prix” beynəlxalq karate turniri müxtəlif yaş və çəki dərəcələri üzrə qarşılaşmalarla davam edir.



Facebook-da paylaş

Xəbəri paylaş