Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan klubu braziliyalı ulduz voleybolçu ilə danışıqlar aparır



Braziliya millisinin tanınmış voleybolçusu Qabriella Gimarayeş karyerasını Azərbaycanda davam etdirə bilər.

BrendSport.az
xəbər verir ki, Yüksək Liqada mübarizə aparan “Gəncə” ulduz voleybolçu ilə danışıqlar aparır.

30 yaşlı oyunçu hazırda İtaliyanın “İmoko Konelyano” komandasına çıxış edir.

Voleybolçu 2019-cu ildən 2024-cü ilin yayınadək Türkiyə “Vakıfbank”da oynayıb.

Qeyd edək ki, Qabriella Gimarayeş Braziliya millisinin heyətində Olimpiya Oyunlarının və dünya çempionatının gümüş, bürünc, eləcə də Cənubu Amerika çempionatının dördqat qızıl medalçısıdır. “Qabi” ləqəbli voleybolçu klub səviyyəsində üç dəfə Çempionlar Liqasının, iki dəfə klublararası dünya çempionatının qalibi olub.


Facebook-da paylaş

Xəbəri paylaş