“Azərreyl” klubu slovakiyalı voleybolçu ilə müqavilə imzalayıb
Bakının qadınlardan ibarət “Azərreyl” klubu yeni voleybolçu ilə müqavilə imzalayıb.
BrendSport.az xəbər verir ki, Azərbaycan Super Liqasının lideri olan “Azərreyl” slovakiyalı voleybolçu Romana Hudeçovanı heyətinə qatıb. Klub rəhbərliyi hücumçu ilə birillik anlaşıb.
Son mövsümü Albaniyanın “Partizani” klubunda keçirən voleybolçu “Nitra”, “Slaviya” və “Strabak” komandalarının da şərəfini qoruyub.
Qeyd edək ki, “Azərreyl” daha öncə sloveniyalı Moytsa Pene ilə müqavilə bağlayıb.
Facebook-da paylaş