"Benfika"dan ayrılan voleybolçu Azərbaycan klubuna keçib

"Gəncə" komandası heyətini braziliyalı voleybolçu ilə gücləndirib.
BrendSport.az xəbər verir ki, bölgə təmsilçisi Luisa Tomaz ilə müqavilə imzalayıb.
Voleybolçu ötən mövsümü Portuqaliyanın "Benfika" kollektivində keçirib.
Oyunçu Portuqaliya Superkubokunun və I Divizionun qalibi olub, Braziliya Superliqasında gümüş medal qazanıb.
Facebook-da paylaş
