Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Gəncə" klubu daha bir voleybolçu ilə müqavilə imzalayıb



Qadın voleybolçulardan ibarət “Gəncə” klubu Azərbaycan Yüksək Liqasına hazırlığı davam etdirir.

BrendSport.az
xəbər verir ki, ölkə çempionatında debüt edəcək komanda heyətini yeni oyunçu ilə gücləndirib.

Gəncə təmsilçisi serbiyalı voleybolçu Tiana Yovanoviç ilə anlaşıb. Onunla müqavilə bir il müddətinə nəzərdə tutulub.

Ötən mövsümü ölkəsində “GZOK Serm” komandasında keçirən voleybolçu daha əvvəl “Jelezniçar", “Valyeva”, Belqrad”, “İnciya” və “ZOK Novi-Sad” klublarının da şərəfini qoruyub.

“Gəncə” daha əvvəl Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, rusiyalı Olqa Zaxarova, İrina Klimanova və Anastasiya Salina ilə anlaşıb. Komanda yeni mövsümdə belaruslu baş məşqçi Sergey Çasnavitskinin rəhbərliyi altında çıxış edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş