"Gəncə" rusiyalı voleybolçu ilə bağlı qərarını verib
"Gəncə" komandası voleybolçusu Vitalina Andreyanenkova ilə müqaviləni yeniləyib.
BrendSport.az xəbər verir ki, libero mövqeyində çıxış edən oyunçu daha 1 il "sarı-göylər"in uğurları üçün çalışacaq.
Rusiyalı voleybolçu ötən ilin oktyabrında komandaya transfer olunub.
Facebook-da paylaş