Formula 1 komandası rusiyalı pilotu ilə müqaviləni pozub
Formula 1 üzrə dünya çempionatında çıxış edən “Haas” komandası rusiyalı pilot Nikita Mazepinlə müqaviləni pozub.
BrendSport.az xəbər verir ki, bu barədə ABŞ komandasının rəsmi saytı məlumat yayıb.
“Haas” eyni addımı titul sponsoru olan Rusiyanın “Uralkaliy” şirkətinə qarşı da atıb.
Beynəlxalq Avtomobil Federasiyası (FIA) isə Rusiya və Belarusdan olan pilotlarını buraxmaqdan imtina edən federasiyalara qarşı bir sıra sanksiya tədbirləri həyata keçirəcəyi ilə bağlı məlumat yayıb. Bu qərarı bütün üzvlərin yerinə yetirmələrinin məcburi olduğu vurğulanıb.
Facebook-da paylaş