Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Prezidentlə görüşmək üçün ağlayan uşağın kimliyi bilindi? - FOTO/VİDEO



Ölkə başçısı İlham Əliyev onunla görüşmək istəyən uşağın arzusunu gerçəkləşdirib.

Sosial şəbəkələrdə videosu yayılan, dövlət başçısına görə ağlayan azyaşlı oğlan İlham Əliyevlə görüşüb. İnternetdə qısa zamanda hər kəsin diqqətini çəkən azyaşlı sonda arzusuna çatıb.

Qeyd edək ki, 8-10 yaşlarında olan uşaq anasının zarafatla "Əgər İlham Əliyev prezident seçilsə, bu gün evimizə qonaq gələcək" sözlərinə inanıb. Daha sonra İlham Əliyevin yüksək səs faizi topladığını bilən uşaq anasına prezidentin niyə evlərinə gəlmədiyini soruşub.

Azyaşlı anasının dediklərinin zarafat olduğunu anlayanda isə göz yaşlarını saxlaya bilməmişdi.

BrendSport.az qol.az-a istinadən xəbər verir ki, həmin uşaq Azərbaycan futbolunun canlı əfsanəsi Vəli Qasımovun oğludur.








Facebook-da paylaş

Xəbəri paylaş