Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: “Neftçi” “Qəbələ”ni səfərdə məğlub edib


Azərbaycan Premyer Liqasında XII tur davam edir.

BrendSport.az
xəbər verir ki, bu gün daha bir oyun keçirilib.

Günün ilk matçında Qəbələnin eyniadlı komandası “Neftçi”ni qəbul edib. Qarşılaşmanın taleyini ikinci hissədə vurulan 2 qol həll edib. 60-cı dəqiqədə Dieqo Valdes, 90+4-cü dəqiqədə isə Rəhman Hacıyev meydan sahiblərini cəzalandırıblar.

Nəticədə rəqibini 2:0 hesabı ilə məğlub edən “Neftçi” xallarının sayını 18-ə çatdırıb. “Qəbələ” isə 8 xalda qalıb.

Tura bu gün keçiriləcək “Sabah” – “Zirə” (18:30) oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Səbail” “Turan Tovuz”u (2:1), “Qarabağ” “Kəpəz”i (7:1), “Sumqayıt” isə “Araz-Naxçıvan”ı (2:0) məğlub edib.


Facebook-da paylaş

Xəbəri paylaş