Premyer Liqa: "Araz-Naxçıvan" "Kəpəz"i Gəncədə məğlub edib
Azərbaycan Premyer Liqasında V turun oyunları davam edir.
BrendSport.az xəbər verir ki, bu gün turun daha bir görüşü keçirilib.
Günün ilk matçında “Kəpəz”lə “Araz-Naxçıvan” Gəncədə üz-üzə gəliblər. Hər iki komandanın 4 xalla 8-9-cu yerləri bölüşdürməsi matçın prinsipiallığını artırırdı.
Mövsümün startında “Neftçi” və “Qarabağ”ı büdrədən “Kəpəz” budəfəki rəqibi ilə bacarmayıb. Naxçıvan təmsilçisi səfərdə 2:1 hesablı qələbə qazanıb. 40-cı dəqiqədə penaltidən fərqlənən Orxan Əliyev beş dəqiqə sonra dublunu rəsmiləşdirib. Mate Kvirkviyanın 78-ci dəqiqədə penaltidən vurduğu qol isə "Kəpəz" üçün təsəlli topu olub. Bu nəticədən sonra "Araz-Naxçıvan" xallarının sayını 7-yə yüksəldib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Sabah”a (3:0), “Neftçi” “Sumqayıt”a (1:0) səfərdə, “Qəbələ” isə “Zirə”yə (1:0) evdə qalib gəlib. V tura bu gün keçiriləcək “Səbail” - “Qarabağ” (19:30) görüşü ilə yekun vurulacaq.
Facebook-da paylaş