Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: "Araz-Naxçıvan" səfərdə "Qəbələ"ni məğlub edib



Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.

BrendSport.az
xəbər verir ki, son matçda "Qəbələ" "Araz-Naxçıvan"ı qəbul edib.

Qələbə şəhər stadionundakı qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə bitib. Naxçıvan təmsilçisinin heyətində 32-ci dəqiqədə Turan Manafov, 44-cü dəqiqədə Kadiri Məhəmməd, 69-cu dəqiqədə Elviş Maşike, 71-ci dəqiqədə Miço Kuzmanoviç fərqlənib.

Meydan sahiblərində Samuel Tetteh 37-ci dəqiqədə rəqib qapısına yol tapa bilib. Bundan əlavə, "Qəbələ"dən İlkin Qırtımov 28-ci dəqiqədə birbaşa qırmızı, 60-cı dəqiqədə Osama Xalayla ikinci sarı vərəqəni alaraq meydandan qovulublar.

Bu nəticədən sonra xallarının sayını 17-yə çatdıran "Araz-Naxçıvan" üçüncü sıradakı "Səbail"ə çatıb. "Qırmızı-qaralar" 7 xalla doqquzuncudur.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Səbail"i (4:2), "Sabah" "Sumqayıt"ı (3:1) məğlub edib. "Turan Tovuz" - "Qarabağ" (2:2), "Kəpəz" - "Zirə" (0:0) görüşlərində qalib müəyyənləşməyib.


Facebook-da paylaş

Xəbəri paylaş