Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: “Səbail” son dəqiqədə vurduğu qolla “Qəbələ”ni məğlub edib




Azərbaycan Premyer Liqasında IX turun mübarizəsi davam edir.

BrendSport.az
xəbər verir ki , günün ilk oyunu Qəbələdə keçirilib.

Şəhərin eyniadlı komandası doğma arenasında “Səbail”lə qarşılaşıb. “Qırmızı-qaralar” çempionatın son 5 turunda məğlub olmayan paytaxt təmsilçisinin uğurlu seriyasını qıra bilməyib. Görüşdə yeganə qola 90+5-ci dəqiqədə Rüfət Abdullazadə imza atıb. Onun son dəqiqədə vurduğu qol bakılılara 1:0 hesablı qələbə qazandırıb.

Bu qalibiyyət sayəsində “Səbail” xallarının sayını 17-yə çatdırıb. “Qəbələ” isə 7 xalda qalıb.

Qeyd edək ki, turun ilk oyununda “Zirə” “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edib. Bu gün “Sabah” – “Araz-Naxçıvan”, oktyabrın 8-də isə “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Qarabağ” görüşləri baş tutacaq.


Facebook-da paylaş

Xəbəri paylaş