"Qəbələ"nin prezidenti: "İddiasız deyilik"
"Baş məşqçinin qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyulmayıb. Lakin iddiasız da deyilik".
BrendSport.az xəbər verir ki, "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov deyib.
45 yaşlı funksioner "qırmızı-qaralar"ın Azərbaycan Premyer Liqasının birinci dövrəsindəki çıxışı barədə fikirlərini bölüşüb: "Əldə olunan nəticələr bizi razı sala bilməz. Amma son matçlar ümid verdi. Komanda öz oyun üslubunu tapa bilib".
Nəcəfov maraqlı və baxımlı oyun sərgiləmək istədiklərini söyləyib: "Yaxşı nəticələr qazanmaq niyyətindəyik. Bunun üçün komanda olaraq çalışacağıq. Məşqçilər heyətinin, futbolçuların və azarkeşlərin dəstəyi ilə ortaya bir iş qoymaq istəyirik".
Qeyd edək ki, "Qəbələ" Premyer Liqanın X turunda "Araz-Naxçıvan"ı qəbul edəcək. Oktyabrın 22-də reallaşacaq görüş saat 16:30-da start götürəcək. Komanda 9 turdan sonra 7 xalla 9-cu pillədə qərarlaşıb.
Facebook-da paylaş