Əsas Səhifə > Ölkə idmanı > "Qəbələ"nin prezidenti: "İddiasız deyilik"

"Qəbələ"nin prezidenti: "İddiasız deyilik"


20-10-2023, 15:26




"Baş məşqçinin qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyulmayıb. Lakin iddiasız da deyilik".

BrendSport.az
xəbər verir ki, "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov deyib.

45 yaşlı funksioner "qırmızı-qaralar"ın Azərbaycan Premyer Liqasının birinci dövrəsindəki çıxışı barədə fikirlərini bölüşüb: "Əldə olunan nəticələr bizi razı sala bilməz. Amma son matçlar ümid verdi. Komanda öz oyun üslubunu tapa bilib".

Nəcəfov maraqlı və baxımlı oyun sərgiləmək istədiklərini söyləyib: "Yaxşı nəticələr qazanmaq niyyətindəyik. Bunun üçün komanda olaraq çalışacağıq. Məşqçilər heyətinin, futbolçuların və azarkeşlərin dəstəyi ilə ortaya bir iş qoymaq istəyirik".

Qeyd edək ki, "Qəbələ" Premyer Liqanın X turunda "Araz-Naxçıvan"ı qəbul edəcək. Oktyabrın 22-də reallaşacaq görüş saat 16:30-da start götürəcək. Komanda 9 turdan sonra 7 xalla 9-cu pillədə qərarlaşıb.
Geri qayıt