Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qəbələ"nin legioneri: "Çempionatda yuxarı pillələrə yüksəlməyi hədəfləyirik"



"Hədəfimiz Azərbaycan Premyer Liqasında yuxarı pillələrə yüksəlməkdir".

BrendSport.az
xəbər verir ki, bunu "Qəbələ"nin futbolçusu Felipe Santos "Esportenewsmundo" nəşrinə açıqlamasında deyib.

25 yaşlı yarımmüdafiəçi ölkə kubokunda finala vəsiqə qazana biləcəklərini söyləyib: "Amma bunun üçün ilk olaraq yarımfinalda "Səbail"ə qalib gəlməliyik".

Braziliyalı oyunçu öz çıxışı barədə də danışıb: "2022/2023 mövsümü müsbət keçir. Meydanda komanda yoldaşlarıma kömək etdiyimə görə şadam. Üç fərqli mövqedə oynamağı bacarıram. Bu isə çox yaxşı haldır. Çünki rəqibdən və baş məşqçinin qəbul etdiyi taktikadan asılı olaraq sxemin dəyişməsinə yardımçı ola bilirəm".

Qeyd edək ki, Felipe Santos cari mövsüm "Qəbələ"də 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. "Qırmızı-qaralar" Premyer Liqada 24 xalla 5-ci pillədə qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş