Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi”nin bir futbolçusu “Turan Tovuz”la oyunu buraxa bilər




BrendSport.az xəbər verir ki, bu barədə klubun baş həkimi Şaiq Zöhrablı bildirib.

O, klubun televiziyasına açıqlamasında vurğulayıb ki, müdafiəçi Azər Əliyev kollektivlə birlikdə məşqlərə qoşulmasına baxmayaraq, boynundakı ağrılardan əziyyət çəkir. Baş həkim 29 yaşlı cinah oyunçusunun durumuna yenidən baxılacağını əlavə edib.

Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” görüşü saat 20:00-da başlayacaq. Bu komandalar arasında Tovuzda baş tutan ilk matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.


Facebook-da paylaş

Xəbəri paylaş