Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: “Sabah” klubu “Turan Tovuz”u iki cavabsız qolla məğlub edib

Premyer Liqa: “Sabah” klubu “Turan Tovuz”u iki cavabsız qolla məğlub edib


Aprelin 22-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tur çərçivəsində növbəti oyun keçirilib.
BrendSport.az xəbər verir ki, “Turan Tovuz” komandası “Sabah”ı qəbul edib. Tovuz şəhər stadionunda oynanılan matçda “Sabah” 2:0 hesablı qələbə qazanıb.
Baş hakim Cavid Cəlilovun idarə etdiyi oyunda “Sabah”ın heyətində Aleksey Kaşuk dubl edib.
Bununla da hesabındakı xallarının sayını 71 çatdıran Bakı təmsilçisi turnir cədvəlində ikinci pillədəki mövqeyini möhkəmləndirib. “Turan Tovuz” komandası 29 xalla altıncı pillədə qərarlaşıb.
Turun bu gün keçiriləcək növbəti görüşündə “Səbail – “Neftçi” matçı bu gün keçiriləcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” evdə “Kəpəz” ilə 1:1, “Qarabağ” isə “Zirə” ilə 2:2 hesablı heç-heçə edib. Tura aprelin 23-də keçiriləcək “Sumqayıt” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş