Azərbaycan kuboku: “Turan Tovuz” komandası “Neftçi”ni məğlub edib
Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
BrendSport.az xəbər verir ki, “Turan Tovuz” komandası “Neftçi”ni qəbul edib.
Tovuz şəhər stadionunda oynanılan matçda meydan sahibləri minimal hesablı qələbə qazanıblar – 1:0. Matçda yeganə qolu 74-cü dəqiqədə Tovuz təmsilçisinin futbolçusu Denis Marandiçi vurub.
Komandalar arasında cavab görüşü aprelin 26-da keçiriləcək.
Qeyd edək ki, ilk yarımfinal matçında "Qəbələ" evdə "Səbail"i 3:2 hesabı ilə üstələyib.
Facebook-da paylaş