"Tokio-2020": Karateçimiz Rəfael Ağayev Avstraliya idmançısı Çuneari Yahiroya qalib gəlib
Azərbaycan karateçisi Rəfael Ağayev (75 kq) Tokio Olimpiadasında ikinci qələbəsini qazanıb.
BrendSport.az xəbər verir ki, B qrupunda mübarizə aparan R.Ağayev Avstraliya idmançısı Çuneari Yahiro 5:0 hesabı ilə qalib gəlib.
İdmançımız ilk görüşdə Almaniya təmsilçisi Noa Biçdən üstün olub – 2:1.
Karateçimiz daha sonra Nurkanat Ajiqanov (Qazaxıstan) və Luici Busa (İtaliya) ilə üz-üzə gələcək.
İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.
Facebook-da paylaş