Əsas Səhifə > Olimpiya > "Tokio-2020": Karateçimiz Rəfael Ağayev Avstraliya idmançısı Çuneari Yahiroya qalib gəlib
"Tokio-2020": Karateçimiz Rəfael Ağayev Avstraliya idmançısı Çuneari Yahiroya qalib gəlib6-08-2021, 13:30 |
Azərbaycan karateçisi Rəfael Ağayev (75 kq) Tokio Olimpiadasında ikinci qələbəsini qazanıb. BrendSport.az xəbər verir ki, B qrupunda mübarizə aparan R.Ağayev Avstraliya idmançısı Çuneari Yahiro 5:0 hesabı ilə qalib gəlib. İdmançımız ilk görüşdə Almaniya təmsilçisi Noa Biçdən üstün olub – 2:1. Karateçimiz daha sonra Nurkanat Ajiqanov (Qazaxıstan) və Luici Busa (İtaliya) ilə üz-üzə gələcək. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək. Geri qayıt |