Azərbaycan karateçisi Rəfael Ağayev Tokio Olimpiadasına qələbə ilə başlayıb
Azərbaycan karateçisi Rəfael Ağayev Tokio Olimpiadasına qələbə ilə başlayıb.
BrendSport.az xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız B qrupunda ilk görüşündə Almaniya təmsilçisi Noa Biçdən üstün olub – 2:1.
Karateçimiz daha sonra Luici Busa (İtaliya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanov (Qazaxıstan) ilə üz-üzə gələcək.
İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.
Facebook-da paylaş