Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cüdoçumuz Zelim Kotsoyev Tokio Olimpiadasına qələbə ilə başlayıb

Cüdoçumuz Zelim Kotsoyev Tokio Olimpiadasına qələbə ilə başlayıb


Azərbaycan cüdoçusu Zelim Kotsoyev Tokio Olimpiadasına qələbə ilə başlayıb.
BrendSport.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Fransa cüdoçusu Aleksandr İddirə qalib gəlib.
Cüdoçumuz növbəti döyüşünü kanadalı Şadi Elhanasa qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.


Facebook-da paylaş

Xəbəri paylaş