Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Tokio-2020": Karateçimiz Rəfael Ağayev yarımfinala yüksəlib

"Tokio-2020": Karateçimiz Rəfael Ağayev yarımfinala yüksəlib


Azərbaycan karateçisi Rəfael Ağayev (75 kq) Tokio Olimpiadasında növbəti qələbəsini qazanıb.
BrendSport.az xəbər verir ki, B qrupunda mübarizə aparan R.Ağayev bu dəfə Nurkanat Ajiqanov (Qazaxıstan) ilə qarşılaşıb. Karateçimiz rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Üç qələbə qazanan R.Ağayev yarımfinala yüksəlib.
Karateçimiz daha əvvəl Almaniya təmsilçisi Noa Biç (2:1) və Avstraliya idmançısı Çuneari Yahironu (5:0) üstələyib.
R.Ağayev qrupda sonuncu döyüşünü Luici Busaya (İtaliya) qarşı keçirəcək.
İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş