Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Paralimpiyaçılarımız Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər




Azərbaycanda Paralimpiya hərəkatı 1996-cı ildə yaradılıb. Həmin il ölkəmizi Atlanta Paralimpiya Oyunlarında cəmi iki idmançı təmsil edib. Ötən müddətdə ölkəmizdə Paralimpiya hərəkatı daha da inkişaf edib. Bu gün beynəlxalq yarışlarda ölkəmizi yüzlərlə paralimpiyaçı təmsil edir, dövlət bayrağını yüksəklərə qaldırırlar. Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün imzaladığı, Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsinə dair aprelin 4-də imzaladığı Sərəncam ölkəmizdə Paralimpiya ailəsi tərəfindən sevinclə qarşılanıb. İdmançılarımız əmindirlər ki, Prezidentin bu addımı ölkəmizdə Paralimpiya hərəkatının daha da inkişaf etməsinə mühüm töhfə verəcək.

BrendSport.az xəbər verir ki, paralimpiyaçı idmançılar onlara göstərilən yüksək diqqət və qayğının növbəti təzahürü olan bu nəcib addıma görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.

İkiqat Paralimpiya çempionu İlham Zəkiyev Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısını daim hiss etdiklərini vurğulayaraq deyib: “Bu gün ölkəmizdə Paralimpiya ailəsinə qoşulan idmançıların sayı yüzlərlədir. Dövlətimizin başçısı İlham Əliyevin dəstəyi sayəsində ölkəmizdə Paralimpiya hərəkatı gündən-günə inkişaf edir. Bu, İlham Əliyevin idmana – xüsusilə də Paralimpiyaya qayğısının nəticəsidir. Hər bir yarışda bu qayğını və məsuliyyəti üzərimizdə hiss edirik”.

“Pekin 2008” Yay Paralimpiya Oyunlarının qalibi Oloxan Musayev dövlətimizin başçısının ötən gün imzaladığı Sərəncamdan duyduğu sevinc hislərini aşağıdakı sözlərlə ifadə edib: “Azərbaycan Prezidenti İlham Əliyevin həmişə deyir ki, “Mən paralimpiyaçıların dostuyam”. Dövlətimizin başçısının dostluğunu daim hiss etmişik. Bu dostluq bizim üzərimizə böyük məsuliyyət qoyur. Əsas məqsədimiz növbəti yarışlarda da qələbələr qazanmaq, medallara sahib olmaq və ən əsası vətənimizin bayrağını yüksəklərə qaldırmaqdır”.

Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov deyib: “Prezident İlham Əliyev hər zaman paralimpiyaçılarımızın yanında olub. Ötən gün imzalanan Sərəncam bir daha göstərir ki, dövlətimizin başçısı Azərbaycanın Paralimpiya ailəsinə necə diqqətlə yanaşır. Qarşıda bizi ən mötəbər yarış olan “Tokio 2020” XVI Yay Paralimpiya Oyunları gözləyir. Dövlətimizin başçısının atdığı addımlar idmançılarımızı yeni-yeni qələbələrə həvəsləndirir. Bu Sərəncam bizə maddi dəstəklə yanaşı, daha çox mənəvi dəstək oldu”.

Qeyd edək ki, aprelin 4-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkəmizdə Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədilə Komitənin maddi-texniki bazasını möhkəmləndirmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Komitəyə 500 min manat vəsait ayrılıb.


Facebook-da paylaş

Xəbəri paylaş